Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Yanvar 2026 / 14:37

“Azərbaycan” nəşriyyatının yerləşdiyi küçə Mətbuat Prospekti adlanır və…-VİDEO-FOTO

“Azərbaycan” nəşriyyatının yerləşdiyi küçə Mətbuat Prospekti adlanır… Mətbuat Prospekti isə burada yerləşən media subyektlərinə görə belə adlanıb… Media subyektləri indi çaş-baş qalıb, çünki nəşriyyat fevralın 1-dən əsaslı təmirə dayanır, hara köçək, 40 ilə yaxındır topladığımız arxivimizi, əşyalarımızı hara yığaq, bilmirik. Hesab edirəm ki, Prezident Administrasiyası nəşriyyatda yerləşən onsuz da az sayda redaksiyalara alternativ redaksiya yerləri təklif olunmasına kömək edilməsi üçün aidiyyəti üzrə göstəriş verməlidir. Mətbuat Şurası bu məsələdə sözünü deməlidir… Hazırda nəşriyyatda ölkənin media siyasətində rolu və yeri olan xeyli sayda qəzet və saytlar, internet TV-lər var. Onlara belə bir çətin vəziyyətdə dayaq durmaq, arxa dayanmaq lazımdır. Məsələn, “Təzadlar” qəzeti 33 ildir fəaliyyət göstərir, bu zaman kəsiyində media tariximizdə izi olan bir media subyektidir… Redaksiyanın hazırkı iş otaqlarının videosunu təqdim edirəm. Nəşriyyatda təmir aparacaq podratçı şirkət bundan da yaxşı təmir aparacaqmı? Olsa, lap əla. Amma düşünürəm ki, köçmək probleminin həllinin ən asan yolu həm də budur ki, redaksiya(lar) müvəqqəti bir ərazidə yerləşsin, lakin hazırkı otaqlarımız təmir vaxtı olduğu kimi saxlanılsın. Çünki, təkrar edirəm, biz, eləcə də digər redaksiyalar, hazırda çıxılmaz vəziyyətdəyik. Bu təmirə isə külli miqdarda vəsait xərcləmişik. MTK-lar köhnə binaları sökəndə vətəndaşlara müəyyən müddətdə kompensasiya verir, kirayə haqqı ödəyir… Bəs biz media subyektləri bu qədər vəsaiti itirib hara gedək və neyləyək? Azərbaycan mediasının adına olan bu təmirli redaksiya şəraitini görən əcnəbi qonaqlarımız həmişə bizə afərin deyirdi, qibtə edirdilər… İndi isə…

A.Məmmədli

https://www.facebook.com/100002726276553/videos/pcb.24917828581224673/791802123929622

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!