5 Noyabr 2025 / 16:09

Azərbaycan Qazaxıstandan taxıl idxalını 3,1 dəfə artırıb

Qazaxıstan buğdasına  tələbat durmadan artır.

Tezadlar.az  Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr-oktyabr ayları arasında Qazaxıstan 2 milyon ton taxıl ixrac edib.  Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1,8 milyon ton olub.

İdxalçı ölkələrə gəldikdə isə, Özbəkistana ixrac 42% artaraq 738.000 tondan 1049 tona çatıb. Qırğızıstana ixrac 2,6 dəfə artaraq 24.000 tondan 64.000 tona, Azərbaycana isə 3,1 dəfə artaraq 18.000 tondan 56.000 tona çatıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!