26 Mart 2026 / 19:35

Azərbaycan – Sent-Lüsiya matçının baş hakimi Gürcüstandan olacaq

Azərbaycan komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Saat 19:00-da başlayacaq matçın baş hakimi Giorgi Kruaşvil olacaq.

Ona yan xətdə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!