Əsas məzmuna keç

Azərbaycan və Ermənistan Gürcüstanla delimitasiyası ilə bağlı razılığa gəliblər

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin şimaldan cənuba doğru aparılması barədə razılığa gəlib. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Məlumata görə, tərəflər delimitasiya prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlanması barədə razılığa gəliblər. Bayramovun sözlərinə görə, son dövrdə iki ölkənin delimitasiya üzrə komissiyaları bir sıra görüşlər keçirib və həm Azərbaycanda, həm də Ermənistanda komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər qəbul edilib: “Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdə aparılacağı ilə bağlı razılıq var. İşlərin şimaldan cənuba doğru, daha mürəkkəb olan şimal sərhədindən – Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin kəsişdiyi nöqtədən başlanması barədə anlaşma əldə olunub”, – deyə Bayramov bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə işlərin şimal hissədən, üç ölkənin sərhədlərinin kəsişdiyi nöqtədən cənub istiqamətində davam etdirilməsi daha əvvəl də tərəflərin gündəliyində olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…