Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi”. Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. “Qonşu ölkələr təyyarə qəzası ilə bağlı bütün məsələlərdə əməkdaşlıq etdilər. Qısa müddətdə təyyarədə həlak olan şəxsi heyətin nəşləri və avialaynerin “qara qutusu” tapıldı”, – deyə Ərdoğan bildirib. Türkiyə prezidenti əlavə edib ki, “qara qutu”nun təhlilindən sonra hadisənin səbəbi müəyyənləşəcək. O həmçinin qeyd edib ki, qəzaya uğrayan C-130 təyyarəsinin “qara qutu”sunun oxunması iki ay vaxt aparacaq. Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.