5 Mart 2026 / 19:54

Azərbaycan və İsrail XİN rəhbərləri telefonda danışdılar

Bu gün martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Tezadlar.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb. İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!