Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstandan Azərbaycana idxal edilməsi nəzərdə tutulan 89 baş kəsimlik diri iribuynuzlu heyvan arasında dörd baş heyvanda zoonoz xəstəlik əlamətləri aşkarlanıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumata görə, mayın 5-də “Aqrovest MT” MMC tərəfindən Gürcüstanın “Universal Export” şirkətindən gətirilməsi planlaşdırılan heyvanlar kliniki və laborator müayinədən keçirilib. Nəzarət tədbirləri zamanı dörd baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər müəyyən edilib. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub. Risklər nəzərə alınaraq 89 baş kəsimlik diri iribuynuzlu heyvanın Azərbaycana idxalına icazə verilməyib və onlar mənşə ölkəsinə geri qaytarılıb.
Bildirilib ki, oxşar halların təkrarlanmaması məqsədilə Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət göndərilib.