5 Noyabr 2025 / 16:24

Ölkəmizə Qərbi Avropadan gələn turistlərin çoxu Birləşmiş Krallıqdan gələnlərdir – TOP ONLUQ

Bu ilin yanvar-sentyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 83,4 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Tezadlar.az  Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 16 minə yaxın təşkil edib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 13 faiz, cari ilin avqust ayına nisbətdə isə 46,7 faiz çoxdur.

2025-ci ilin sentyabr ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Birləşmiş Krallıq – 4631

Almaniya – 2950

İtaliya – 1984

İspaniya – 1013

Niderland – 1002

Fransa – 883

Avstriya – 463

Belçika – 452

Portuqaliya – 395

Yunanıstan – 382

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!