5 Noyabr 2025 / 20:38

Azərbaycanda boşanmaların sayı niyə artır?

Son zamanlar nigahların pozulması durmadan artır. Biz adətən öyrənmişik ki, bütün dəyərlərimizi Avropa səviyyəsində müqayisə edək. Artıq bu barədə ailə dəyərlərimiz Avropaya çatmış, hətta onları ötüb keçmək səviyyəsindədir. Görəsən, bu nə ilə əlaqədardır? Araşdırmalarımız zamanı müxtəlif səbəblərə görə bu hallar baş verir. Birinci amil dövlətin ictimai-siyasi quruluşundan asılıdır. Yəni, söyləyirlər ki, sosializm cəmiyyəti vaxtı vətəndaşların rifah halı daha yaxşıydı. Belə ki, vətəndaşların ictimai-sosial problemləri dövlət tərəfindən qarşılanırdı. Çünki bütün istehsal sahələri, kənd təsərrüfatı sahəsi, ümumiyyətlə, gözə görükən nə vardısa, dövlətə məxsus idi.

Ona görə də vətəndaşların təhsil haqqı, mənzil hüququ, müslicə-profilaktika işlərini dövlət həyata keçirirdi. Vətəndaşın öhdəsinə bircə şey düşürdü — “uşaq istehsal etmək”. Daha düşünmürdü ki, bunu necə saxlayacam, necə oxudacam, necə qayğı göstərəcəm. Hətta elə ailələr var idi ki, uşaqlarının sayı 10-11-ə çatırdı. Bunun üçün də xüsusi imtiyazlar vardı. Belə ki, 10 uşaq böyüdüb, başa çatdıran hər bir anaya “Qəhrəman ana” adı statusu verilirdi. Hazırda vəziyyət tamamilə başqa cürdür. Əgər xırda-para yardımları nəzərə almasaq, dövlət 18 yaşına çatana qədər heç bir “uşaq pulu” vermir.
Ailədə narazılıq nədən yaranır? Əsas narazılıq maddi-iqtisadi vəziyyətin ağır olması, sosial mənzillərin vətəndaşlara ağır şərtlərlə verilməsi və i.a. Bundan başqa, gənclərimiz ailə qurmaq, dünyaya övlad gətirmək, onları böyüdüb, boya-başa çatdırmaq kimi heç bir öhdəliyi üzərlərinə götürməməkləri. Demək olar ki, evlənmək yaşı ötmüş oğlan və qızlarımız kifayət qədərdir. Onu da qeyd eləyim ki, yeni ailə qurmuş gənclərimiz boşanmaq üçün çox meyllidir. Xüsusilə, qızlarımız Çünki iki övlad dünyaya gətirdikdən sonra, fikirləşir ki, nigahı pozdursam hər bir uşağa 245 (iki yüz qırx beş) manat aliment alacam, bu da toplam 500 (beş yüz) manat edəcək, üstəlik də sərbəst olacam. Bu cür amillər Azərbaycanda nigahın pozulmasına əsas səbəblərdən biridir. Yaxşı olardı ki, qanun qəbul edilərdi, boşanmaq üçün ərizə verən istər oğlan, istər qız tərəfi alimentlə təmin olunmasın və bu iş dövlətin himayəsinə buraxılsın.

Qiyam Ərşadoğlu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!