10 Aprel 2025 / 13:00

Azərbaycanda bu şirkət 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alındı – təmsilçisi Hüseyn Uğurdur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu ilin fevralın 7-də “Uber Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) dövlət qeydiyyatına alıb.

Bu barədə TEZADLAR.AZ dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, MMC-nin hüquqi ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev ev.1 m.1-dir.

Şirkətin nizamnamə kapitalı 10 manat müəyyənləşdirilib. MMC-nin qanuni təmsilçisi Hüseyn Uğur Atif oğludur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!