Azərbaycanda ən çox özbək tələbənin təhsil aldığı ali məktəb BANM-dır

 “Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır”.
Bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakı Ali Neft Məktəbindəki (BANM) görüş zamanı deyib.
Tezadlar.az  xəbər verir ki,  görüşün təfərrütları barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Bu günlərdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfir Ali Məktəbimizdə təhsil alan özbək tələbələrlə görüşüb.
Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirən səfir bildirib ki, Azərbaycanda ən çox özbək tələbə məhz Bakı Ali Neft Məktəbində təhsil alır. Səfir gələcəkdə bu göstəricinin artacağına əminliyini ifadə edib”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbəri paylaş