Azərbaycanda iri sahibkarlarlar arasında qadın sahibkar niyə yox dərəcəsindədir?..
Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Women’s Entrepreneurship Summit 2025” tədbirində iştirak etdik. Çıxışım zamanı qeyd etdim ki, hazırda Azərbaycanda sahibkarların 33 %-i qadındır.
Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, hazırda iri sahibkarlar arasında qadın sahibkar demək olar yoxdur:
“Kiçik sahibkarlıqda qadınların payı təxminən 20, orta sahibkarlıqda isə 10 %-ə yaxındır. İri sahibkarlar arasında hazırda qadın sahibkar demək olar yoxdur. Bu fakt onu göstərir ki, qadın sahibkarların daha fəal şəkildə, xüsusilə də orta və yeni sahibkarlıq sahəsində fəaliyyət göstərməsi çox vacibdir”.
JASMİN
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın