14 Noyabr 2025 / 03:51

Azərbaycanda kinoteatrları kimlər məhv edib?-ÖZBAŞINALIQ

 Rəşid Behbudov Fondunun direktoru, jurnalist Kamil Şahverdi keçmiş mədəniyyət naziri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun kino sahəsinə pul ayrılmaması ilə bağlı MM-dəki çıxışına münasibət bildirib. O, deyib: “…90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda yüzlərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə “hədiyyə edən”, Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını (“sehirli” çubuğu ilə) nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən (Kinoprokatın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə silən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?”.
“Təzadlar”dan: Əlavə şərhə ehtiyac varmı?
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!