Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyası (ABF) parabadmintonun inkişafı üçün əməkdaşlığı genişləndirirlər.
Bu barədə Tezadlar.az MPK-dan məlumat verilib.
Komitə ilə federasiya arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında bununla bağlı görüş keçirilib.
Görüş zamanı parabadminton üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parabadmintonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Əjdər Cəfərov imzalayıblar.