Əsas məzmuna keç

Azərbaycanda vəkil görün nə üstündə həbs edilib…

Bu da baş verdi: “Alyans” Vəkil Bürosunun rəhbəri olan vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb. Tezadlar.az xəbər verir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı  gözlənilir.

Maraqlıdır ki, son bir həftədə daha iki vəkil həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar. Vəkillər Kollegiyası isə dünən baş verənlərlə bağlı məlumat yayıb. Kollegiyanın açıqlamasında deyilir ki, hər sahədə olduğu kimi, vəkillik sahəsində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Həmçinin heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb.

Beləliklə, təəssüflər olsun ki, zərərçəkmişlərin, yaxud lap elə cinayət törədənlərin hüquqlarını müdafiə edən vəkil bu dəfə özünün hüquqlarının müdafiəsi üçün nə edəcək? Bir qanunsuz əməl hər şeyə son qoyur… Bu lazım idimi?

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…