7 Aprel 2025 / 20:31

Azərbaycanın Afrikaya etdiyi yatırımları 400 milyon dolları ötür

Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Afrikaya olan sərmayələrini həcmi təxminən 400 milyon dollar təşkil edir və əsasən sabit gəlirli alətlərə və IFC fondlarına yönəlib”. Tezadlar.az  xatırladır ki, “Cibuti Forum 2025”-də panel müzakirələri zamanı ARDNF-in icraçı direktorunun müavini Bəhruz Bəhramov belə deyib. O bildirib ki, Fondun kapital bazarlarına ilk sərmayəsi Afrika və Latın Amerikasına yönəlmiş IFC vasitəsilə olub və əsasən maliyyə və kommunikasiya sektorlarını əhatə edirdi. Alternativ investisiyalara — xüsusilə kapital və daşınmaz əmlaka investisiyalara başladıqdan sonra ARDNF Yaxın Şərq, Çin və indi də Afrika kimi digər coğrafiyaları nəzərdən keçirməyə başlayıb. Sitat: “Afrika artıq gələcəyin potensialı deyil, bugünkü fürsətdir. Uzunmüddətli investor kimi, biz sabit və uzunmüddətli kapital təqdim etməyə ən uyğun tərəfik. Bu səbəbdən hesab edirik ki, bu regionda daha çox sərmayə yatırmaq zamanıdır”- Bəhruz Bəhramov əlavə edib.

Qeyd edək ki, “Cibuti Forum 2025” Cibutinin Suveren Sərvət Fondu tərəfindən(Fonds Souverain de Djibouti) təşkil edilib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!