Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə vətəndaşı Kaya Osmanın Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir. Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istərkən müəyyən edilərək saxlanılıb.
Hazırda Osman Kayanın Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.