Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 10:51

AQTA Cenevrədə keçirilən beynəlxalq tədbirdə həmsədr qismində iştirak edib

Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində “Qidalanma çatışmazlıqlarının aradan qaldırılmasında tərəqqi və öhdəliklər: qidaların vitamin və minerallarla zənginləşdirilməsinin genişləndirilməsi” mövzusunda təşkil  olunan beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmsədr qismində iştirak edib.

Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, tədbirin əsas məqsədi 2023-cü ilin may ayında qəbul edilmiş WHA76.19 qətnaməsi üzrə ilk rəsmi tərəqqi hesabatını təqdim etmək, həmçinin mikronutrient çatışmazlığı ilə mübarizə istiqamətində qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Tədbirdə Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycanın qidaların zənginləşdirilməsi sahəsində regionun lider ölkələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bunun əsasını “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qida məhsullarının zənginləşdirilməsinə dair hüquqi mexanizmlərin təsbit edilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər təşkil edir.

Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və qidalanma sahəsində fəaliyyət göstərən tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində qidaların zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübə, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!