Əsas məzmuna keç

“Azərbaycanın mövqeyi hər zaman qəti olub” – Zelenskidən Prezident İlham Əliyevə minnətdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrikə görə təşəkkür edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “X” sosial şəbəkəsindəki hesabından paylaşım edib.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyi hər zaman qəti olub və buna görə də həmişə yüksək qiymətləndirilib. Birlikdə zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığımızı inkişaf etdirməyə, enerji və təhlükəsizlik sahələrində yeni istiqamətlər açmağa və ehtiyac yarandıqda bir-birimizə kömək əlini uzatmağa davam edirik.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq daha da möhkəmlənəcək”, – deyə paylaşımda qeyd edilib.

Thank you, President @presidentaz, for your warm congratulations on the 35th anniversary of Ukraine’s Independence. Azerbaijan’s position on Ukraine’s sovereignty and territorial integrity has always been firm and therefore always much appreciated. Together, we keep building on our time-tested economic cooperation, breaking new ground in energy and security, and lending a helping hand to each other when needed. I am convinced that the friendship, mutual respect, and strategic partnership between Ukraine and Azerbaijan will continue to strengthen.

ZELENSKİ TEBRİK

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…