Azərbaycan Ukraynanı humanitar baxımdan dəstəkləyir. Tezadlar.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycanın bu məsələdə çox qətiyyətli mövqeyi var: “Biz Prezident Əliyevlə də bunu müzakirə etdik. Biz Ukraynanı müdafiə etməyə və dəstəkləməyə davam etməliyik. Sülh ən yaxşı yoldur. Amma sülh ədalətli olmalıdır”.
Azərbaycanın Ukrayna məsələsində çox qətiyyətli mövqeyi var






