3 Noyabr 2025 / 14:02

Azərbaycanın uşaq idman oyunlarında nə çatmır?

…2003-cü ildəki prezident seçkisi öncəsi namizədlərin çıxışlarını diqqətlə dinləyirdim. Namizəd İlham Əliyevin çıxışı mənim üçün digərlərindən fərqli və əlamətdar oldu. O, bildirdi ki, prezident seçiləcəyi təqdirdə Respublika Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini də icra edəcək, ölkədə bütün idman növlərinin inkişafını dəstəkləyəcək və yaxşı olardı ki, bizdə də oyun yaradılaydı, Azərbaycan da dünya idmanına oyun vermis ölkəyə çevriləydi və s.

*** 
 Azərbaycanda idman oyunu yaradılması və dünya idmanına oyun vermis ölkəyə çevrilməyimiz  mənim də arzumdur və bu sahədə praktiki fəaliyyət göstərirəm. Yuaxarıda qeyd olunan məlum çıxş edilərkən mən artıq 2 (iki) oyun dəsti və oyunlar ixtira etmiş, 2 (iki) patent almışdım. Nəticədə Azərbaycan dünya idmanına oyun vermiş  ölkəyə çevrilmişdi, lakin de-yure.  Respublikamızın TV kanallarının əksəriyyəti, habelə Türkiyənin TRT və TRT-İnter kanalları, Rusiyanın beynəlxalq MİR telekanalı bu yeniliklər haqda göstərmiş və  məlimatlar paylaşmışdılar. Oyunlar üzrə yarışların təşkili ilə de-fakto ölkəyə çevrilməyimizlə bağlı respublikamızda bəzi məsul şəxslərə müraciət etmişdim. Düşünürdüm ki,  bizdə də eyni ilə Macarıstanda edilənləri həyata keçirəcəklər və ölkəyə nəhəng gəlir, dünya idmanına oyun vermiş de-fakto ölkəyə adı verilməsini qazanıla biləcəyik: Misir (damaya görə), İran (nərd), Hindistan (şahmat), Çin (domino), Macarıstan (Kubik Pubik), Yaponiya (qo) kimi. Təəssüflər olsun ki, belə olmadı.
Cənab İlham Əliyev seçkilərdə qalib gələndə bir daha inanırdım ki, Qarabağın azadlığı, respublikanın hərtərəfli inkişafı ilə yanaşı, respublikamızda ixtira edilmiş idman intellektual masaüstü oyunları üzrə yarışların keçirilməsi də prioritet təşkil ediləcəkdir. Tezliklə Azərbaycan da dünya idmanına oyun vermiş de-fakto ölkə adı qazanaçaqdır. Həm də ümid edirdim ki, yenicə seçilmiş Prezidentə onun istəyinə uyğun olan oyunların artıq ixtira edilməsi və patentlər alınması haqqında xoş xəbər tezliklə çatdırılacaqdır. Oyunlar üzrə yarışların təşkili tezləşdiriləçəkdir. Həm də bilirdim ki, cənab prezidentin əsas diqqəti Qarabağ probleminin həllidir və idman məsələlərinə cavabdeh olan qurumlar üzərinə düşənləri edəcəkdir. Amma maraqlı bu idi ki, oyunların təşkili və de-fakto ölkə adı qazanmaq çəhdləri haqda KİV-də məlumatlar yayılmadı. Təbii ki, cənab Prezidentə oyunlar haqda deyilsəydi, o da istəyinə çatmaq məqsədiylə yarışlar keçirilməsi haqqında göstəriş verərdi. Deməli, çənab Prezidentə məlumat çatdırılmayıbdır. Mən oyunlarla bağlı arzuma doğru addımlar atmaqda davam etdim. Yeni oyunlar yaradılması istiqamətində çalışdım. Rəsmi və müstəqil qəzetlərdə çıxışlar etdim, təbii ki, əsas məqsəd cənab Prezidentə yeniliklər haqda məlumatın çatdırılması idi.

“Beləliklə, ixtiraçılıq tarixində nərdtaxta və nərd oyunları ixtirasına görə ilk patent Azərbaycana  verildi…”

Dünyada nüfuzlu sayılan, geniş yayılmış  və  3 (üç) beynəlxalq federasiyanın fəaliyyət göstərdiyi backgammonun (döymə nərd oyunu növü) yeni və daha maraqlı, dərin intellekt tələb edən növünü ixtira etdim. Bunun üçün ilk növbədə yeni nərdtaxta növü yaratmaq lazım gəldi. Mövcud nərdtaxtada 100 (yüz) oyun yaradılmışdı və onun yaradıçılıq aləti  kimi imkanları tükənmişdir. Azərbaycan nərd dəstində zərlər 8 (səkkiz ) üzlü, daşlar 40(=20+20) və xanalar 32(=8×4)dir. Təbii ki, bu nərdtaxta dəstinin oyun imkanları genişdir. Yeni backgammon oyunu qaydaları da fərqli oldu. Yeni nərdtaxta dəstində oynamağa münasib longgammon (uzun) oyunu da hazırlandı. Beləliklə, ixtiraçılıq tarixində nərdtaxta və nərd oyunları ixtirasına görə ilk patent Azərbaycana  verildi. Təəssüflər olsun ki, indiyədək uşaqlar üçün məxsusi idman intelektual masaüstü oyunlar yaradılmamışdır. Onların heç də hamısını əyləncəli oyunlar qane etmir. Belə oyunları oynamaqda  motivasiya görmürlər. Onlar da yarışlarda iştirak etmək, qalib gəlmək, medallar, mükafatlar almaq istəyirlər.

***

Uşaq oyunlarındakı boşluğu doldurmaq istəyi mənə güç gəlirdi. Bu da aydın idi ki, asan olsaydı indiyədək ixtiraçılar beləsini yaradardı. İxtira üsulunu göstərən mənbə tapılmayır. Məqsəd kimi böyüklər üçün ixtira etdiklərimin balacalar üçün mini variantlarını yaratmağı seçdim. Ehtiyac olan və içimdə ümid bəslədiyim ikinci layıhə ortaya çıxdı. Məhz idman oyun dəstləri və oyunların necə yaradılması harda vəsait, kitab tapılmadığından yenə təhsil aldığım və ixtiralar etdiyim zəngin kimya elminin rəngarəng qayda-qanunlarından, reaksiyalarından, prinsiplərindən faydalanmaq məcburiyyətində qaldım. Axtarışlar zamanı ehtiyac yarandıqca riyaziyyatdan, təxəyyüldən, məntiqdən də faydalanmaq lazım gəlirdi. Zəhmətim hədər olmadı. Məqsədə uyğun surətdə Azərbaycanda yaradılış yeni oyunların mini variantı hazırlandı.  Bu dəfə uşaqları qane edəcək sadə oyun daşları, asan oyunlar yaratmaq mümkün oldu. Onlar üçün  3 (üç) oyun dəsti və çoxlu sayda oyunlar yaradıldı. Yeniliklərə görə dördüncü patent verildi.

 “Azərbaycan idman tarixində ilk uşaq idman intellektual oyunların vətəninə çevrildi…”

Beləliklə, dünya ölkələri ilə birlikdə çəmi 6 (altı) idman intellektual masaüstü oyun yaratmışdırsa, Azərbaycan da 6 (altı) idman aləminə 6 (altı)  oyun vermiş oldu. İndi isə onlardan xalqımızın, ölkəmizin maksimim faydalan-masını sürətlənməliyik.

Azərbaycan idman tarixində ilk uşaq idman intellektual oyunların vətəninə çevrildi. İndi dünya uşaqları ölkə, qitə, dünya çempionatlarında, müx-təlif miqyaslı turnirlərdə iştirak edə biləcəklər. Onlar üçün müxtəlif səpkili 3 (üç) oyun dəsti və çoxlu oyunlar yaradıldı. Heç də sadə olmayan id-man intellektual oyunların ixtiraları bütövlükdə və geniş mənada Azərbaycanda idman elminin uğuru-dur. Yəqin ki, əsil dəyəri bizdə idman tarixini tədqiq edən mütəxəssislərimiz tədqiqat apararaq verəcəkdir.

Məlumdur ki, şahmat üzrə  yarışlarda uşaqlar yalnız 8 yaşından içtirak edə bilər. Həmin yaşadək olan boşluğu doldurmağa real imkan yaradılmışdır. Uşaq oyun dəstlərinin və oyun qaydalarının, istehsalının sadəliyi, məşqlərin və yarışların ke-çirilməsinin xüsusi şərait və avadanlıq tələb etməməsi işi xeyli dərəcədə yüngülləşdirir. 3-7 yaş arası uşaqların yarışlarını təşkil etmək çətinlik yaratmaz. 5 və daha yuxarı yaşlı uşaqlar sadə görünməyən oyunlara, məsələn, uşaq nərd oyunları və digərləri üzrə istənilən miqyaslı  yarışlara qatıla bilər. Niyə məhz 5 yaş?
Mütəxəssislərin rəyinə görə, məhz bu yaşda uşaqların diqqəti daha möhkəm, dayanıqlı və ixtiyari olur. Onlarda proqnozlaşdırıla bilən və düşüncənin görüntü təsir funksiyası inkişaf edir. Bunlar isə artıq nisbətən asan olmayan tapşırıqları həll etməyə imkan verir. Azyaşlılara isə nisbətən asan olan oyunları təklif etmək olar. Belə  oyunlarla uşaqlar bəzi faydalı vərdişlərini inkişaf etdirə bilər. Məsələn, diqqətliliyi, xəyalında çanlandırmanı, müqayisə etməyi, fərqli və oxşar olanları tapmağı, tez anlamanı, məntiqi. Təbii ki, bu sayaq oyunlar geniş mənada uşaqların intellektual, eləcə də fiziki aktiv fəaliyyətini inkişaf etdirir. Deməli, onları uşaq bağçalarında, məktəbəqədər müəssisələrdə, ibtidai siniflərdə təbiq etmək faydalı olardı.
Unutmaq olmaz ki, belə oyunlar uşaqların kiçik motorıkasına da müsbət təsir edir. Kiçik motorıka, başqa sözlə, cəldlik deyiləndə uşağın əzələ, sümük və əsəb sisteminin koordinasiya olunmuş fəaliyyəti nəzərdə tutulur. Məsələn, konkret olaraq yaradılmış oyunlar yəni, diqqət, düşüncə və barmaqlarla hərəkət tələb edən oyunlar uşaqlarda görmə sistemi, düşüncə və əl barmaqlrı ilə dəqiq hərəkət edilməsinin əlaqələndirilməsinə, uyğunlaşdırılmasına yaxşı təsir edir.

***
2016-ci ildə Cənab Prezidentə mətbuat vasitəsilə yol xəritəsi adlandırılan tərzdə açıq məktub ünvanladım. Belə materialın Cənab Prezidentə çatdılılacağına ümid böyük idi. Təbii ki, çatdırılaçağı təqdirdə tədbir görüləcəyinə də ümid var idi. Bundan sonra da səbr və təmkinlə oyunlardan biri üzrə yarış keçiriləcəyi və Azərbaycanın idman dünyasına oyun vermiş de-fakto ölkə kimi daxil olacağı günü gözləmişəm.
Nəhayət, bu ildə, yəni yaradılmış  oyunlara ilk patent verildiyinin 25-ci il dönümündə oyunlar haqda bir daha respublika mətbuatında məqalələr dərc etdirmək qərarına gəldim.

“Bizim idman aləminə ikinci və üçüncü dəst oyunları vermək imkanımız da realdır…”

Böyük ümidlə düşünürəm ki, yəqin bu dəfə cənab Prezidentə  istədiyi oyunların yaradıldığı haqqında məlumat veriləcəkdir. Çənab Prezident də hansı oyun üzrə yarışın ilk olaraq keçiriləçəyi, daha sonra isə hansı ardıcıllıqla oyunlar üzrə yarışların  keçiriləçəyi seçimini edəcəkdir. Bu dəfə  məqalələr Azərbaycan Milli Olimpiya Komitəsinin  “Olimpiya dünyası” qəzetində dərc olundu. 6 (altı) oyun dəsti və onlarda oynanılacaq oyunlar haqda ayrı-ayrılıqda yazılar dərc olundu, şəkillər verildi. İlk 3 (üç ) oyun haqqında məqalələr qəzetin 4-10 mart, 18-24 mart,  8-14 aprel 2025-ci il tarixli saylarında dərc edilmişdir. Bu oyunlardan biri üzrə yarış təşkil edəçəyimiz halda, Azərbaycan İdman aləminə idman oyunu vermiş de-fakto ölkə kimi  tarixə düşəcəkdir. Lakin bizim İdman aləminə ikinci və üçüncü dəst oyunları vermək imkanımız da realdır. Bu halda isə Azərbaycan İdman aləminə 2 (iki), daha sonra 3 (üç) oyun vermiş  de-fakto ilk ölkə kimi tarixə yazılacaqdır.
Uşaq  oyunları haqqında isə yazılar qəzetin 15-21 aprel, 29 aprel-5 may, 13-19 may 2025-ci il tarixli saylarında verildi. Bu oyunlardan biri üzrə yarış  təşkil edəçəyimiz halda, Azərbaycan İdman aləminə uşaq idman oyunu vermiş ilk de-fakto ölkə kimi tarixə düşəcəkdir. Biz fəallıq göstərəcəyimiz halda isə idman aləminə 2 ( iki)  və 3 (üç) oyun vermiş ilk ölkə olacağıq. Bu dərəcədə fərqlənməyimizdən ötrü praktiki  imkanlarımız da realdır.

***
Belə nüfuzlu idman qəzetində məqalələri dərc etdirməklə oyunlar haqqında məlumatın İlham Əliyev cənablarına, nəhayət ki, çatdırılacağına böyük ümid bəslənmişdir. Cənab Prezidentə istəyinin –idman oyunları ixtira edilməsi kimi xoş xəbərin çatdırılacağı təqdirdə hansı oyun üzrə  birinci, hansılar üzrə isə sonrakı ardıcıllıqla  yarışlar keçiriləcəyi aydınlaşacaqdır. İxtiraçı olaraq mən də zəhmətimin nəticəsini görməklə özümü xoşbəxt hiss edəcəyəm. İlham Əliyev cənablarının prezident seçilməsindn ötən 22 ( iyirmi iki) il  ərzində məhz bu günü təmkinlə və ümidlə  gözləmişəm. Mənim ilk patenti aldığımdan isə  ötmüş 25 il ərzində də beləcə təmkinlə və ümidlə  gözləmişəm ki, Azərbaycanın beynəlxalq aləmdə  yeni imic qazanmasından ötrü edilmiş ixtiraların tətbiqi məsələsinə kimlərsə diqqətini yönəldəcəkdir.

“Mənim ərizəm baxılmaq və araşdırılması üçün ictimai qurum rəhbərinə, yəni Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidentinə göndərilmişdi…”

İxtiraların müəllifi olaraq daha nələr  edə bilərdim? “Olimpiya dünyası” qəzetində  məqalələrin dərcindən aylar ötdü. Nə yaxşı, nə də yaxşı olmayan reaksiya yox idi. Prezident Administrasiyası Gənclər siyasəti və idman işləri şöbəsinin müdirinə ünvanladığım məktubda xahiş etdim ki, biz birlikdə cənab Prezidentə istədiyi yeniliklər, yəni oyunların ixtiraları haqqında  müraciət edək. Şöbənin əməkdaşı telefonla mənə bildirdi ki, yarışların təşkili ilə Gənclər və İdman Nazirliyi məşğul olduğundan oraya müraciət etmək münasib olacaqdır. Nazir isə nazirliyin əməkdaşlarından ibarət böyük heyətlə məni qəbul etdi və birlikdə Cənab Prezidendə istərinə uyğun ixtiralar haqqında məlumat verilməsi haqda xahişimi dinlədi. Lakin bildirdi ki, hal-hazırda digər işləri olduğundan oyunlarla sonra tanış olacaqdır. Bu münasibətlə mən dəvət olunacağam.  20 gündən sonra nazirliyin idman şöbəsinin müdir  müavinin imzası ilə məktub aldım. Yazılmışdı ki, mənim ərizəmə baxılmaq və araşdırmaq üçün ictimai qurum rəhbərinə, yəni Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidentinə göndərilib. Xahiş edilir ki, müraciətə baxılsın və mənə məlumat verilsin. Aylar ötdü və bununla da məsələyə nöqtə qoyuldu.


“İnanıram ki, idman şəhəri olan gözəl Bakımızı həmin oyunlara görə bir neçə nominasiyada Ginnesin Rekordlar Kitabına salmaq mümkün olacaqdır…”

Xatırlamaq yerinə düşər ki, Mərkəzi Avropadan olan türk-macar qardaşlarımızın  göstərdikləri nümunə gözəl və ibrətamizdir. Riyaziyyatdan dərs demiş Enrö Rubikin cəbr qrupları nəzəriyyəsinin tələbələrə asanlıqla başa salınması məqsədilə hazırladığı kubiki idman oyunları fiquruna çevirmələri nəyə səbəb oldu? İlk üç il ərzində  100 milyondan çox fiqurun satısına, Macarıstanın  İdman aləminə intelektual oyun vermiş de-fakto  ölkə adına layiq  görülməsinə. Sonrakı illərdə isə  paytaxt Budapeştdə kubikə qoyulmuş abidə hər il əlavə olaraq milyonlarla turistin bu şəhərə gəlişinə səbəb olmuşdur. İndiyədək isə artıq bir neçə ölkə-də istehsal edilmiş 400 milyondan çox kubikin satışı reallaşmışdır.

***
İndi növbə bizim–Avroasiya türklərinindir. Lakin bizim oyunlarımızın sayı çox olduğundan gəlirimizin də qat-qat artıq olacağını proqnozlaşdıra bilərik. Yaxın illərdə biz də macarların bacardıqlarına nail ola bilərik, həm də qat-qat artıqlaması ilə. Eyni zamanda, idman şəhəri olan gözəl Bakımızı həmin oyunlara görə bir neçə nominasiyada Ginnesin Rekordlar Kitabına salmaq mümkün olacaqdır. Paytaxtımız yeni oyunlar üzrə beynəlxalq yarışların keçiriləcəyi mərkəzə çevrilmək imkanına malikdir. Bu qədər gözəl və xeyirli olanları bizim etməyəcəyimiz təqdirdə isə təbii ki, əcnəbilər öz doğma ölkələrində bunu edə  bilər. Bizim layıq olduğumuz və bacara biləcəyimiz, ədalət xatirinə məhz bizə qismət  olası  xeyili və gözəl hər şeyi də əcnəbilər  mənimsəyə bilər. Bunları etməyə biz qadir ikən,  bəs niyə belə real imkanı əcnəbilərə verək?
Rəsul RƏXŞANLI,

kimya üzrə fəlsəfə doktoru,

Elm nominasiyası üzrə iki dəfə Humay Milli Mükafatı laureatı

(Xüsusi olaraq «Təzadlar» üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!