Əsas məzmuna keç

Azərbaycanlıların kütləvi şəkildə dəfn edildiyi məzarlıqlar barədə BMT-yə hesabat təqim edilib

bmte ye mezarliq

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi Azərbaycanda Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və qətlə yetirilmiş azərbaycanlılarla bağlı BMT-yə hesabat təqdim edib.

Tezadlar.az  xəbər verir ki, təşkilatlar BMT İnsan Hüquqları Şurasının “Məhkəmədənkənar, lazımi məhkəmə araşdırması aparılmadan icra edilən və ya özbaşına edamlar üzrə xüsusi məruzəçisi”nə “Azərbaycanda kütləvi məzar yerləri” adlı hesabat göndəriblər.

Hesabatda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş, daha sonra qətlə yetirilmiş azərbaycanlı hərbçilərin və mülki şəxslərin, o cümlədən qadın, uşaq və ahıl insanların kütləvi şəkildə dəfn edildiyi məzar yerləri barədə məlumatlar əksini tapıb.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesləri davam etsə də, Ermənistan tərəfi itkin düşmüş və məcburi olaraq yoxa çıxarılmış şəxslərlə bağlı hər hansı məlumat, eləcə də onların dəfn edildiyi yerlərin koordinatlarını təqdim etmir.

Hesabata görə, 2020-ci ildə işğaldan azad edilmiş Azərbaycan ərazilərində 2026-cı ilin may ayına qədər minatəmizləmə və tikinti işləri zamanı 32 kütləvi məzar yeri aşkarlanıb. Həmin məzarlardan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və ya əsir-girov götürülmüş azərbaycanlılara aid insan qalıqları tapılıb.

Bildirilib ki, aparılan identifikasiya nəticəsində həmin qalıqların vaxtilə əsir və girov götürülmüş şəxslərə məxsus olduğu müəyyən edilib.

Hesabata aşkar edilmiş kütləvi məzar yerlərinin fotoşəkilləri də əlavə olunub.

Hesabatın hazırlanması zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materialları, hesabat və açıqlamaları, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının hesabatlarından istifadə edilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…