Bəzi saytlarda Rauf Məmmədzadənin vaxtilə “Azərkitab”ın rəhbəri olarkən 5 milyard manat kredit götürməsi və qaytarmaması barədə yazılır… Tezadlar.az xatırladır ki, bu ciddi ittihamlara R.Məmmədzadə özü sosial platformasında belə cavab verir: “…Deməli, bununla Dövlətə külli miqdarda ziyan vurmuşam… Bildirim ki , 1992 – 1996 -çı illərdə həmin vəzifədə işlərkən yalnız bir dəfə, 1995 -cı ildə işlədiyim idarə tərəfindən (“Azərkitab” ) Dövlət Bankından o vaxtkı məzənnə ilə 940 milyon manat kredit götürûlûb və düz 4 ay sonra (baxmayaraq ki , 6 aylıq götürülmüs idi) həmin məbləğ faizləri ilə geri qaytarılıb… Həmin məbləğ Azərbaycanlı iş adamı , çox hörmət etdiyim Saday Əhmədov tərəfindən xaricdə çap olunmuş “Azərbaycan qalaları” kitabının alınmasi ücün udi… Təəssüflər Saday Əhmədovun adı son vaxtlar heç yerdə çəkilmir… Həmin kitablar (kitab bir neçə xarici dildə çap olunmuşdu ) Xarici İşlər Nazirliyi tərəfindən alındıqdan sonra səfirliklərə paylandı, biz tərəfdən isə banka olan borç ödənildi. Həmin kitabın xüsusiyyəti onda idi ki, orada Dərbənd, Təbriz qalaları Azərbaycan qalaları kimi təqdim olunmuşdu… Və mən tərəfdən dövlətə heç bir mənəvi və maddi ziyan dəymədiyi , əksinə, 170 manata aldığım kitabı 250 manata satmaqla yalnız maddi xeyir verdiyim idi…
Əsas xeyir işə indi bizim olmayan qalaların vaxtı ilə bizim olduğunu sübut etmək oldu… İndi fikirləşirəm ki, yaxşı, mən kimə nə deyim…”.