20 Aprel 2026 / 11:06

“Azərpoçt”da rəhbər dəyişdi- YENİ TƏYİNAT VAR

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb. Tezadlar.az “Kapitalbank”ın portalına istinadla bildirir ki, Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. “Azərpoçt” MMC-nin İdarə Heyətinə isə yeni sədr təyin olunub-Manaf Babayev. Babayev Azərbaycan Dövlət İqtisad Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə isə magistr təhsili alıb. M.Babayev peşə fəaliyyətinə bank sektorunda başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb, daha sonra “Aztelekom” MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru işləyib, son təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!