12 Fevral 2026 / 23:59

“Azərreyl” və “Turan” məğlub oldu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib.

Tezadlar.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Azərreyl” kollektivinə 3:1 (25:16, 26:24, 29:31, 25:20) hesabı ilə qalib gəlib. Ardınca isə “DH Volley” komandası “Turan”ı 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13) hesabı ilə üstələyib.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!