4 Noyabr 2025 / 19:38

AzTV- nin Rövşən Məmmədov talanı: 26 milyon manat hara yox edilib?

Növbə AzTV- yə çatdı. Özünü ORT aparıcılarına oxşadan və efirdə yırğalanan sədr Rövşən Məmmədov elə bilirdi ki, qəpik- qəpik Dövlət büdcəsinə yığılan vəsaitlərdən TV- yə ayrılan pullar da necə gəldi nehrə kimi yırğalana bilər… Budur, Hesablama Palatasının keçirdiyi audit nəticəsində “AzTV”də 26 milyonluq maliyyə pozuntusu aşkarlandı.
Həəə, xoruzun AzTV quyruğu götündü. Məlub olub ki, “AzTV” əməkhaqqı formasında ödənilməli olan vəsaitləri qanunsuz olaraq, qonorar adı ilə rəsmiləşdirib. Niyə əmək haqqı kimi? Çünki əmək haqqı kimi verilsəydi, bunun ən azı xeyli hissəsi DSMF- yə qaytarılmalı idi.
Beləliklə, Rövşən Məmmədoğv ağıllı tərpənmək istədi, amma əksinə oldu. Ümumilikdə, 26 milyon manat dəyərindəki maliyyə pozuntusu 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat təşkil edib. Bayaq qeyd etdiyim kimi, nəticədə, icbari sosial ödənişlər tam verilməyib, işçilərin sosial təminat hüquqları pozulub.
 Diqqət edin, Rövşən Məmmədovun adından isə AzTV açıqlama yayıb ki, bu pozuntu bir neçə ildir davam edir, lakin uzağı gələn ildən tamamilə maaş sisteminə keçiləcək, yəni daha qonorar ləğv olunacaq.
Artıq gecdir, qatar gedib. Ramiz Mehdiyevin xeyir- duası ilə AzTV- yə təyinat alan Rövşən Məmmədov qonorarın güdazına getdi…
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!