B-2 Spirit bombardmançı təyyarələri İrana təxminən 37 saata uçub

B-2 Spirit strateji bombardmançı təyyarələri Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasından İrana təxminən 37 saat uçdu və bir neçə dəfə havada yanacaq doldurdu.

Tezadlar.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.

Nəşrin qeyd edib ki, söhbət ABŞ Hərbi Hava Qüvvələrinin 509-cu Bomba Qanadının təyyarələrindən gedir. Jurnalistlərin bildirdiyinə görə, B-2-lər Missuridəki Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb, onları səkkiz KC-135 Stratotanker tanker təyyarəsi müşayiət edib.

Bundan əvvəl ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirdiyi məlum olub.

İyunun 21-də “The New York Times” qəzeti yazıb ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı Amerika B-2 Spirit bombardmançı təyyarəsi Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından Sakit Okeandakı Quam adasındakı Anderson Hərbi Hava Qüvvələri bazasına qalxıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul