12 Avqust 2021 / 13:18

BƏRDƏDƏ COVID-19-A QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ NECƏ HƏYATA KEÇİRİLİR?

Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış rayon Qərargahının təşkilatçılığı ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında, əhalinin daha çox təmasda olduğu obyektlərdə dezinfeksiya işləri aparılır.

Bərdə RİH-dən verilən məlumata görə, son günlər rayonun 29 idarə, müəssisə və təşkilatlarında, 10 bank filialında, 25 ərzaq ticarəti obyektində, 20 aptekdə, 23 bankomatda, 16 avtobus dayanacağında, 26 körpələr evi-uşaq bağçasında, Avtovağzal kompleksində, Regional “ASAN” Xidmət Mərkəzinin qarşısındakı meydanda, Nüşabə parkında, Heydər Əliyev adına park-bulvarın və Qəhrəmanlar parkının giriş hissələrində, “Bərdə” otelində dezinfeksiya işləri aparılıb.

Bildirilir ki, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində əhalinin maarifləndirilməsi üçün tədbirlər görülür, sakinlər sosial məsafənin saxlanılmasına, fərdi qoruyucu vasitələrdən daha geniş istifadə olunmasına təşviq edilir.

Qeyd edək ki, rayonda dezinfeksiya işi davam etdirilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!