Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla2 şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olduğu müəyyənləşmişdi.
Binəqədi rayonunda “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya” şadlıq sarayları da havanı çirkləndirən iaşə obyektləri sırasına düşmüşdü.
Həmçinin siyahıda Xətai rayonunda “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nərimanov rayonunda “Şuşa, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıtda şəhərində “Qubadlı”, “Dan ulduzu”, “Şahanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarının da adı yer almışdı.
ETSN isə həmin obyektlərin sahiblərinə təcili tədbir görülməsi barədə xəbərdarlıq etmişdi.
Göründüyü kimi, restoran, şadlıq sarayları ilə bağlı bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə köhnə problemlər yenidən gündəmə gəldi.
Və yəqin ki, atmosferi çirkləndirən belə obyektlərin sahibləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisinin xəbərdarlığından nəticə çıxaracaqlar.
Y.MƏMMƏDLİ