3 İyul 2022 / 08:28

BƏZİ RAYONLARDA 40 DƏRƏCƏ İSTİ OLACAQ

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, iyulun 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə iyulun 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.

Bu barədə Tezadlar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!