Əsas məzmuna keç

“Bağırov” körpüsü sel sularından xilas edildi

Sel sularının fəsadları aradan qaldırılır. Belə ki, Bakı şəhərinin Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü ərazisində tunelə yığılan yağış sularının çəkilməsi əməliyyatı başa çatdırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN qüvvələri tərəfindən digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…