Əsas məzmuna keç

“Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflər COP30-a töhfə verəcək”

Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflər Braziliyada keçiriləcək COP30-a mühüm töhfə verəcək. Tezadlar.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarlığı COP30-da da özünü göstərəcək: “Azərbaycan COP29-u uğurla başa vursa da, bununla yetinmədi. Biz COP30-da da öz fəaliyyətimizi artıqlaması ilə yerinə yetirəcəyik. Elə bunun ən böyük göstəricisi Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflərdir. Bütün bu təkliflər COP30-a da öz töhfəsini verəcək və bundan yararlanacaqlar”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…