Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az-ın məlumatına görə dövlət ittihamçısı çıxışında təqsirləndirilən Amin Nurinin 18 il, 3 ay azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Amin Nurinin 16 il, 1 ay azadlıqdan məhrum edilməsini elan edib.
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 30 yaşlı Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 35 yaşlı Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.