22 Noyabr 2025 / 09:27

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli Yasamaldakı yanğında həlak olub

Ötən gecə Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfərin öldüyünü yazmışdıq. Tezadlar.az  verir ki, ölənlərdən biri 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəridir.
Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Çox təəssüflər olsun, göydələnlərdə yanğın baş verən zaman insanların xilas edilməsinin mümkünlüyü problem olaraq qalır.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!