Əsas məzmuna keç

BAKI SAKİNİNİN BANK HESABINDAN PUL OĞURLANIB

İyunun 9-da Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə Bakı şəhər sakini N.Eyvazovun bank hesabından 383 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Almasi müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…