Əsas məzmuna keç

Bakı sammitinin nəticələri Daşkənddə müzakirə olundu

OLYMPUS DIGITAL CAMERA

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüşüb.

“Tezadlar” Özbəkistan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakıdakı sammitinin nəticələri üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

“Əsas diqqət bu ilin iyul ayının əvvəlində Bakı şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan sammitinin nəticələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi gedişatının nəzərdən keçirilməsinə yönəldilib. Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

Tərəflər həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda sistemli dialoqu davam etdirməkdə qarşılıqlı marağı təsdiqləyiblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…