Bakı Slavyan “Can Laçın” adlı məqalə müsabiqəsinə start verib. Müsabiqənin elanında deyilir:
“
Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərindəki xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Slavyan Universitetinin və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Can Laçın” adlı məqalə müsabiqəsi elan edilir.
• Məqalələr yalnız Microsoft Word (.docx) formatında Azərbaycan, ingilis, türk və ya rus dillərində təqdim olunmalıdır.
• Müəllifin adı, soyadı, universiteti, fakültəsi, ixtisası, tədris ili və qrupu qeyd edilməlidir.
• Şrift: Times New Roman, 14 pt, sətir aralığı: 1.5
• Həcmi: 5–8 səhifə
• Plagiat və daha öncə dərc olunmuş materiallar qəbul edilmir.
• Xülasə və istifadə olunan ədəbiyyat siyahısı yer almalıdır.
Müsabiqənin istiqamətləri:
• Azərbaycan tarixi və mədəniyyəti
• Laçın rayonunun tariximizdəki yeri
• Yeni geosiyasi reallıqlar
• Laçından Qərbi Azərbaycana uzanan yol
BSU-da yaradılmış komissiya tərəfindən elmi əsaslandırma, texniki tələblərə uyğunluq və dil qaydalarına riayət prinsipləri əsasında aparılacaq. Qaliblərin məqalələri dərc olunacaq və müəlliflər mükafatlandırılacaq”.







