Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan “Türk dili-ana dilim” adlı tədbir keçirilib. Tezadlar.az xatırladır ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayıb. Sonra konfransın gündəliyinə daxil olan mövzu ətrafında məruzələr dinlənilib. Konfransın işində Milli Məclisin (MM) deputatı, Azərbaycan-Türkiyə(Türkmənistan, Özbəkistan, Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, MM-in deputatı, Türk Dövlətləri Parlament Assambleyasının üzvü Günay Əfəndiyeva , MM-in deputatı, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hikmət Babaoğlu, Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
