Əsas məzmuna keç

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də sentyabrın 8-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…