Əsas məzmuna keç

BAKI- SUMQAYIT YOLUNDA DƏHŞƏTLİ AVTOQƏZA: 6 YARALI, 1 ÖLÜ…

Bu səhər Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, ağır yol nəqliyyat hadisəsində yaralananlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə təhvil verilib. Təəssüf ki, Bu hadisə zamanı1 nəfər dünyasını dəyişib.

Kiçik tutumlu sərnişindaşıma vasitəsi olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Qəzanın sürücünün hansı günahından baş verdiyi araşdırılır… 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…