Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bəziləri sosial şəbəkələrdə hoqqabazlıq edərək Bakı-Tbilisi qatarına olan biletin qiymətini doğru sayır… Hesab edirəm ki, bu, minimum əməkhaqqı 400 manat olan ölkədə yüz minlərlə soydaşı Gürcüstanda yaşanların əsəbləri oynamaqdır,… Bu həm də iki ölkə arasında əlaqələrin kəsilməsinə hesablanmış bir məzələnmədir… Qiymətlərə yenidən baxılmalıdır. Bəli, Gürcüstana getmək istəyənlərin çoxluğunun qarşısını bu yolla almaq istəyən turizm məmurları yaxşı bilirlər ki, Azərbaycanda adicə Qəbələyə gedib 1 həftə qalan ailə illik gəlirini qoyub cibiboş geri qayıdır, Gürcüstana gedib bir həftə qalırsan, ən çoxu 300-400 dollar pulun çıxa bilər… Pandemiyadan əvvəl şəxsən özüm şəxsi avtomobilimlə (ailə ilə-4 nəfər) Ucarma, Tiblisi, Rustaveli, Kutaisi, Batumi və s. bölgələrində olmuşam, ordan da Türkiyə ərazisinə keçib Trabzonda 3 gün qalmışıq(Türkiyə bahalıqdır), sonra geri qayıtmışıq və “yorğanımıza görə ayağımızı uzatmışıq”, bu fərqi görmüşük…
Odur ki, ya Azərbaycanda turizm xidmətlərinin qiyməti aşağı salınmalıdır ki, vətəndaşlarımız Gürcüstana kütləvi axışmasın, ya da qatarlara biletin qiymətini aşağı edin ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycandakı qohumları ilə əlaqələri ürəkaçan olsun!
A.Məmmədli