2 Oktyabr 2024 / 13:36

BAKIDA 16 YAŞLI OĞLAN QƏTLƏ YETİRİLİB

Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!