11 İyul 2022 / 19:03

BAKIDA AĞACLIQ ƏRAZİDƏ BAŞ VERMİŞ YANĞIN SÖNDÜRÜLÜB

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən bildirilib ki, ilkin məlumata əsasən, təqribən 700 kvadratmetr sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!