Bakıda bir sıra yollar buz bağlayıb: avtoqəzalar qaçılmazdır!

Oxunma sayı: 123

Bakı bu səhər buzlaşmış yollara hakimdir. Belə ki, qeyri-sabit hava şəraiti səbəbindən Bakıda bir sıra yollar buz bağlayıb, bəzi yollarda avtoqəzalar yaşanıb. “Təzadlar”ın əməkdaşı Elçin Məmmədli və Elbar Şirinov yollardakı vəziyyətlə əlaqədar bildiriblər ki, Müşfiqabaddan paytaxt istiqamətinə yollar buzlaşdığından vətəndaşlar daha çox ictimai nəqliyyata üstünlük verirlər:”Şimal küləyi qarın yollarda buzlaşmaya səbəb olmasına gətirib çıxarır. Bir neçə yerdə avtomobillərin sürüşüb yol kənarına çırpılmasının şahidiyəm…”.

Elbar Şirinov isə bildirdi ki, Sumqayıt istiqamətindən Biləcəri istiqamətinə yollarda sürüşkənlik olduğundan tıxac yaranıb: “Belə yollar təcrübəsiz sürücülər üçün çox təhlükəlidir. Bir neçə yerdə avtomobillərin yolda ilişib qaldığının şahidiyəm. Tıxac səbəbindən yollarda hərəkət sürəti lap azalıb, paytaxtın “20 yanvar” istiqamətinə doğru ciddi dayanmalar müşahidə edilir…”.

Xatırladaq ki, paytaxtın Əhmədli və Günəşli qəsəbələri istiqamətində də yollar bir sıta ərazilərdə buz bağlayıb…

A.Məmmədli

Xəbəri paylaş