…Yeni dərs ilinə cəmi 2 həftə qalıb. Tezliklə məktəb sinifləri şagirdlərini ağuşuna alacaq… Bəs Bakının Nərimanov rayonundakı 43 saylı tam orta məktəbdə necə???
XXX
Sosial şəbəkələrdə yayılmış bu fotoşəkillərdəki mənzərələr təhsil naziri Emin Əmirullayevin komandasının “əl işidir”! Sitat: “…Bura hansısa ucqar kənd məktəbi deyil, Nərimanov rayonunda yerləşən 43 saylı orta məktəbin (MLK) sinif otağı və koridorudur.
Bir neçə aydır ki, bu məktəbə direktor təyin edilməyib. Direktor vəzifəsini icra edən BŞTBİ-nin əməkdaşı isə valideynlərə pul yığıb sinifləri təmir etdirməyi tapşırıb. Əks halda, valideynlərə bildirilib ki, yeni dərs ilində şagirdlər məktəbə buraxılmayacaq.
Valideynlərin haqlı etirazından sonra başqa bir tələb irəli sürülüb: “Yığışıb Təhsil nazirinə müraciət edin, bəlkə sinifi təmir etdilər”. Başa düşmək olmur, bu adamlar Nazirliyə özləri müraciət edə bilmirlər? Dərs ilinin başlamasına az qalmış bu qovhaqovun səbəbi nədir? Halbuki, hər il valideynlərdən təmir adı altında 10-20 manat arası pul yığılır. Valideynlər narahatdır, çünki sinif otağını, koridoru təmir etdirməyəcəkləri təqdirdə onların övladlarının məktəbə buraxılmayacağını bildiriblər.
Hansı məzhəbə qulluq etdiyi bilinməyən Emin Əmrullayev isə öz ampluasındadır. Sanki ölkədə Təhsil naziri yoxdur. 43 saylı orta məktəbdə olduğu kimi, Təhsil Nazirliyində də tualetin qapısı yoxdur…”.
Biabırçılıqdır! Hər il təhsilimizə ayrılan milyardlar bəs etmir ki, məktəblərimiz bu günə düşüb?! Bunun adı yiyəsizlikdir, özbaşınalıqdır…
“Təzadlar”