Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2024 / 11:10

BAKIDA COP29-LA BAĞLI MƏKTƏBLƏR TƏTİLƏ BURAXILACAQ- RƏSMİ

Bu ilin noyabr ayında Bakıda Beynəlxalq COP29 konfransının keçirilməsilə əlaqədar məktəblərdə 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili elan olunub.

 “Təzadlar” xatırladır ki, bununla bağlı qərarı bu gün avqustun 1-də baş nazir Əli Əsədov imzalayıb. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrdə isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant formada təhsilə keçid elan edilib. Bu qərar xüsusi təhsil müəssisələrinə şamil edilmir.

Beləliklə, Bakı bu payız daha bir möhtəşəm beynəlxalq konfransa ev sahibliyi edəcək…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!