13 Fevral 2026 / 04:36

Bakıda çoxmərtəbəli binada yanğın

Bakının Xətai rayonunda 18səkkizmərtəbəli yaşayış binasında yanğın baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə Babək prospekti 10B ünvanında qeydə alınıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 18 mərtəbəli binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!