1 Dekabr 2025 / 10:38

Bakıda daha bir tıxac mənbəyi-AYNA-dan “yenilik”!

Sosial platformada Bakıda tıxaclara gətirib çıxaran səriştəzi zolaqdəyişmə əməliyyatından birini təqdim ediblər. Söhbət ən çox avtomobil sıxlığı müşahidə edilən Koroğlu Rəhimov küçəsindəki vəziyyətdən gedir. Paytaxt sakini Haldun Novruzzadə yazır: “…Deməli, Koroğlu Rəhimov küçəsindən gələn yol Müəllimlər Universitetinin qabağında birtərəfli yola çevrilib. Məqsəd guya Koroğlu Rəhimov küçəsindəki tıxac azalsın, amma bir tərəfdən də Həsən Əliyevdən gələn avtomobilləri salıblar həmin dar küçəyə (aşağıda göstərmişəm xəritədə) və nəticədə tıxacın bir ucu az qala gedib 20 yanvara çatır. Hələ üstəlik H.Əliyev küçəsinin düz istiqaməti olan yol da (İqtisad Universitetinin korpusu istiqamətinə) təmirdədi, bağlıdı.
Nəticə, fiasko. Həsən Əliyevdən Koroğlu Rəhimovun sonuna qədər tıxacdı. Birtərəfli yol kimin ideyasıdırsa çox bərbad ideyadı, günün 18 saatı tıxacdı, halbuki normalda, ancaq pik saatlarda tıxac olurdu. Hə bir DYP solda, İqamətgahın qabağında dayanıb cərimə yazmaq üçün növbə gözləyir…”.

Cavabsız sualdır: belə çıxır ki, biz düşünüb addım atmırıq, addım atıb sonra düşünürük…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!