28 Noyabr 2025 / 19:28

Bakıda daha bir yaşayış binasında yanğın: söndürüldü, amma…

Az əvvəl Bakının Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat vermişdik. Tezadlar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olan kimi dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Az əvvəl isə Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb. FHN-dən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

XXX

Yenə də göydələndə yanğın baş verir… Və sakinlər çıxılmaz vəziyyətdə qalır. Niyə? Bakını göydələnlər məkanına çevirənlər nə düşünürlər? Axı niyə yanğın baş verməlidir?

A.Məmmədov

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!