12 Mart 2026 / 09:17

Bakıda guya əl enerjisi ilə “müalicə” edən bu “həkim” saxlanıldı!

Bakıda fəaliyyət göstərən  “Bİ ES VİP” estetik klinikasındakı özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az DİN-in Mətbuat xidmətinə istinadla bildirir ki, klinikada xəstələri guya əl enerjisi ilə 60 manata müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.

Həkimi hansı cəza gözləyir? Bu peşəkar həkim komissiyasının həkimin müalicəsinin tibbi əhəmiyyəti barədə verəcəyi rəydən asılı olacaq.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!